
BAKI, 7 mart. TELEQRAF
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır.