BAKI, 7 mart. TELEQRAF

Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edək ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.