BAKI, 5 mart. TELEQRAF

Bu gün sizin qarşınızda çıxış etməyim bir möcüzədir, çünki həyat mənə ikinci bir şans verdi.

Teleqraf xəbər verir ki, bu sözləri AZAL-ın Aktauda qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli bu gün Heydər Əliyev Sarayında keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib.

O çıxışı zamanı, həmkarı Hökumə Əliyevanın etdiklərinin hamımız üçün qəhrəmanlıq nümunəsi olduğunu söyləyib.

"Soruşsanız ki, ölümlə üz-üzə qaldığım zaman nəyi anladım, cavabım belə olacaq: güclü olduğumu hiss etdim", - A.Rəhimli bildirib.