BAKI, 6 fevral. TELEQRAF.

2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika fənlərindən sertifikasiya imtahanı keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur.

"2026-cı ilin sonunadək 40 min müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır".