Şamaxıda 3,1 maqnitudada zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 km qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.