Lənkəran rayonunda daha bir zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub.
Bildirilib ki, zəlzələ episentrdə 4 bal , ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
Lənkəranda baş verən zəlzələ episentrdə 6 bal qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Beyləqan, İmişli, Füzuli və digər ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
***
17^37
Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, ilkin məumata görə, zəlzələ 5.2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.