Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

O qeyd edib ki, iddialar əsassızdır.

Xatırladaq ki, daha əvvəl Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.