Türkiyənin Elazığ vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar saat 06:36-da Sivrice rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.