Bu ilin yanvar və fevral aylarında Xətai rayon Məhkəməsinə 83 cinayət işi daxil olub.

Bu barədə Teleqraf.com-a Xətai rayon Prokurorluğundan bildirilib.

Bundan başqa, iki ay ərzində 1086 mülki iş, 887 inzibati xətalar haqqında iş və 109 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə təqdimat daxil olub.

Daxil olmuş işlərdən 36 cinayət işi, 352 mülki iş, 788 inzibati xətalar haqqında iş və 109 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə işə baxılaraq müvafiq yekun məhkəmə aktları qəbul edilib.