BAKI, 13 avqust. TELEQRAF

"Nikah öncəsi müayinədə talassemiya daşıyıcılığı aşkarlandığı halda cütlüklər bunu bir-birindən gizlətməsə, gələcəkdə xəstə uşağın doğulmasının qarşısını almaq mümkün olar".

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova deyib.

Onun sözlərinə görə, nikah öncəsi müayinədə talassemiya daşıyıcısı olduğunu öyrənən cütlüklərin bir-birindən bunu gizlətməsi hallarına rast gəlinir:

"Nikah öncəsi müayinədə ya hər ikisində, ya birində daşıyıcılıq aşkarlanıbsa, cütlüklər bunu bir-birindən gizlətməməlidir. Çünki gələcəkdə xəstə uşağın doğulması halları baş verir. Amma bunun öncədən qarşısını almaq mümkündür. Əgər belə bir hal aşkarlanıbsa, mütləq mərkəzlərə, hematoloqlara müraciət edin".