BAKI, 10 iyun. TELEQRAF

Bayram günlərində 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub.

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

Bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub. Ən çox çağırış (2035) 8 iyun tarixində qeydə alınıb. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib. Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub

Müraciət səbəbləri, əsasən, arterial təzyiq, kardioloji problemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub.