BAKI, 4 iyun. TELEQRAF

May ayında 38 aptekdə yoxlamalar aparılıb.

Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, AEM tərəfindən 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Yoxlamalar zamanı 4 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.