BAKI, 20 may. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər bu gün dünyanın ilk "Pandemiya Sazişi"ni rəsmi olaraq qəbul etdilər.
Teleqraf xəbər verir ki, 78-ci Ümumdünya Səhiyyə Assambleyasında müzakirə edilən saziş bu gün qəbul edilib.
ÜST-nin Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus çıxışında bildirib ki, bu saziş dünya səviyyəsində əhalinin sağlamlıq təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayacaq.
"Bu saziş bizə birlikdə dünyanı gələcək pandemiya təhlükələrindən daha yaxşı qorumaq imkanı yaradacaq".