BAKI, 19 aprel. TELEQRAF

Ağ Evin saytında koronavirusun “həqiqi mənşəyi” ilə bağlı yeni səhifə yaradılıb.

Teleqraf xəbər verir ki, ABŞ hökuməti koronavirusun laboratoriya mənşəli olması əminliyini ifadə edib.

Bu mövqe “SARS-CoV-2-nin ən yaxın mənşəyi” adlı məqaləyə əsaslanır. Sözügedən məqalədə iddia olunur ki, səhiyyə rəsmiləri və media tərəfindən "COVID-19"un laboratoriyadan sızması nəzəriyyəsini gözdən salmaq və virusun təbii yolla yayıldığı fikrini önə çəkmək üçün dəfələrlə istifadə edilib.

Ağ Ev virusun Çin şəhəri Uxandakı "laboratoriyada süni şəkildə yaradıldığını sübut etdən" beş əsas arqument təqdim edir. Materialın müəlliflərinin fikrincə, koronavirusda təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlər mövcuddur.

Bundan əlavə, əvvəlki pandemiyalar zamanı viruslar insanlara bir neçə mərhələdə keçirdi. Lakin bu dəfə iddia edilir ki, yoluxma yalnız bir təmas nəticəsində baş verib.

Həmçinin qeyd olunur ki, Uxan şəhərində yerləşən bioloji laboratoriya uzun müddətdir qeyri-standart biotəhlükəsizlik şəraitində qeyri-adi sətəlcəm növləri üzərində araşdırmalar aparır. Eləcə də, 2019-cu ildə virusa ilkin yoluxmalar qeydə alınmazdan öncə Uxan Virusologiya İnstitutunun bir neçə əməkdaşında bənzər simptomlar müşahidə olunub.

“Əgər virusun təbii mənşəli olduğunu sübut edən faktlar olsaydı, onlar artıq üzə çıxardı. Amma belə sübutlar hələ də yoxdur”, — deyə məqalə müəllifləri qeyd edirlər.