ASTARA, 7 mart. TELEQRAF

Avstriya Respublikasının İrandakı səfiri Friedrix Stift və səfirliyin əməkdaşları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, səfir media nümayəndələrinə təxliyə olunanların beş nəfər olduğunu açıqlayıb.

O, Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirirək, sərhəddə çox mehriban qarşılandığını qeyd edib.