“Hörümçək adam” kimi tanınan fransız Alen Rober Parisin “La Defans” küçəsindəki “Total” qülləsinə dırmanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, A.Rober 45 dəqiqəyə göydələni fəth edib. .

Qüllənin hündürlüyü 187 metrdir. Polis “Hörümçək adam”ı sorğu-suala tutub.

Qeyd edək ki, A.Rober 1994-cü ildən başlayaraq göydələnləri "fəth" etməklə məşğuldur.