"2050-ci ildə Qafqazdakı buzlaqların 40%-i əriyəcək”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Geofizika İnstitutu yayıb.

Məlumatda hazırda Qafqaz dağlarında buzlaqların ərimə prosesinin getdiyi bildirilib. Elbrus zirvəsindəki buzlaqlar müşahidə edilib və onun son 100 ildə 40%-i əriyib. Bunun da qlobal istiləşmənin nəticəsi olduğu söylənilib.