Bu gecə Azərbaycanın Qəbələ rayonunda yeraltı təkanlar qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, zəlzələ fevralın 20-də, yerli vaxtla 00:25-də Qəbələdən 21 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 10 km olub.