Türk Hava Yolları" aviaşirkəti fevralın 19-na planlaşdırılmış İstanbul-Bakı marşrutu üzrə bütün reysləri təxirə salınıb. Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar olaraq təqribən 800-dən çox daxili və beynəlxalq aviareys təxirə salınıb.