Marsda yaşamaq üçün müraciət edən 200 mindən artıq insan arasından 100 nəfər seçilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Mars One" layihəsinə əsasən, 2025-ci ildən başlıyaraq Marsda qurulması planlaşdırılan koloniyada yaşamaq üçün 202 min 586 nəfər müraciət edib. İlkin məhələni keçən 660 nəfərdən isə artıq 100-ü üçüncü mərhələyə keçib. Bu mərhələni keçən 100 nəfərin 39-u Amerika, 31-i Avropa, 16-sı Asiya, 7-si Afrika və 7-si Avstraliya qitəsindən seçilib.

Xüsusi test və təlimlərdən keçəndən sonra bir daha Yer kürəsinə qayıtmamaq şərti ilə 24 nəfər müəyyən olunacaq.

Qeyd edək ki, Mars planetinə catmaq üçün 7 ay yol gediləcək.

Rüstəm