Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi martın 17-18-də jurnalistlər, bloqerlər və informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan tələbələr üçün ikigünlük kurs təşkil edəcək.

Məqsəd “Elektron hökumət” quruculuğundan, informasiya cəmiyyətinin formalaşmasından yazan jurnalistlərin peşəkarlığının artırılmasına kömək göstərmək və bu sahə üzrə maarifləndirmə işinə təkan verməkdir.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, RYTN-in mütəxəssisləri, həmçinin İKT sahəsində tanınmış ekspertlər tərəfindən keçiriləcək kursun tədris proqramı jurnalistlərin rəyi nəzərə alınmaqla tərtib olunacaq.

Sonda iştirakçılara sertifikat və elektron imza təqdim ediləcək. İştirak etmək istəyənlər “www.e-gov.az” portalının “Media” bölməsinin “Elanlar” hissəsində qeydiyyatdan keçə bilərlər.