
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu il uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın hazırlanması nəzərdə tutulur.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.
Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb saytların əngəllənməsi məqsədilə qanunvericilikdə dəyişikliklər ediləcək.