Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook uzun müddətdir hamını düşündürən bu məsələnin çarəsini tapıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkəsiyə əlavə olunmuş yeni funksiya istifadəçilərə öz hesablarını istədikləri şəxsə “vəsiyyət etmək” imkanı verir.

1.3 milyarddan çox istifadəçisi olan sosial şəbəkənin hər gün yüz minlərlə üzvü vəfat edir. Bu funksiya “Varis”ə vəfat etmiş şəxsin hesabına daxil olub sonra hesabı nəzarətdə saxlayacaq və istədiyi təqdirdə silə biləcək. Lakin şəxsi mesajları oxuya bilməyəcək, paylaşımlar edə bilməyəcək.

Hazırda yeni funksiya yalnız ABŞ-da istifadəyə verilib.

Rüstəm