İntibah dövrününü məşhur rəssamı Leonardo da Vinçinin yeni rəsm əsəri tapılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, rəssamın fırçasının məhsulu olduğu ehtimal edilən əsər İsveçrənin Luqano şəhərində polis tərəfindən müsadirə olunub.

Təxminən 1500-cü ildə L. da Vinçi tərəfindən çəkildiyi hesab olunan və 61x46,5 sm ölçüsündə olan "Ritratto di Isabella d'Este" adlı tablo Luqano şəhərindəki kredit institutlarından birinin trezorunda aşkarlanıb. 2013-cü ildə təhqiqatlara başlayan italyan polisi əsəri 95 milyon avroya satmaq sifarişini almış bir vəkilin izinə düşə bilib. Təhqiqat nəticəsində məlum olub ki, əsər qeyri-qanuni yolla İtaliyadan çıxarılaraq İsveçrəyə aparılıb. Həmçinin müəyyən edilib ki, "qara bazarda" əsərin 120 milyon avro dəyərində satışı ilə bağlı danışıqlar aparılırmış.

Rüstəm