
Məşhur Yaponiya şirkəti "Sony Corporation" son vaxtlar ağır maliyyə problemləri ilə üzləşib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, korporasiya mövcud problemdən çıxışı smartfon və televizor istehsalını dayandırmaqda görür.
"Sony Corporation"ın baş icraçı direktoru Kazuo Hirainin dediyinə görə, Sony ötən ili 2 milyard dollarlıq itkilərlə başa vurub.
"Sony" ötən il "Vaio" noutbuklarının istehsalını dayandırmış, brendi "Japan Industrial Partners"ə 490 milyon dollara satmışdı. Bazara yeni, "Sony Xperia Z4" flaqman smartfonunu çıxarmağa hazırlaşan korparasiya böhrandan qurtulmaq üçün son şansından bəhrələnməyə çalışır. Bu cəhd də uğursuzluğa düçar olarsa, "Sony" smartfon istehsalını dayandıracaq.
Rüstəm