Ginnesin rekordlar kitabında Yer üzündə yaşayan ən yaşlı pişik haqqında informasiya yenilənib. Hazırda müvafiq rekord ABŞ-dan olan Tiffani II adlı pişiyə məxsusdur.
Teleqraf.com Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, adı rekordlar kitabına düşən Tiffani II 26 yaşındadır. Sahibəsi 1988-ci ildə pişik ayyarımlıq olanda onu zoomağazadan 10 dollara aldığını deyir. Fəxri yaşına baxmayaq Tiffaninin sağlamlıqla bağlı heç bir problemi yoxdur: əla eşidir və görür.
Təxminən bir aydan sonra, martın 13-də Amerika pişiyinin 27 yaşı tamam olacaq. Bununla belə, mütləq rekordçu olmaq üçün o daha 11 il də yaşamalıdır. Belə ki, Ginnesin rekordlar kitabına ən uzun ömürlü pişik kimi düşmüş Krim Paff 38 il 3 gün yaşamışdı.