Eyfel qülləsi "selfi" çəkilişi üçün dünyada ən yaxşı yer elan edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, "AttractionTix" portalının ekspertləri tərəfindən hazırlanan siyahı sosial şəbəkələrdə turistlər tərəfindən edilmiş "selfi"lərin öyrənilməsi əsasında tərtib edilib. Mütəxəssislər müəyyən ediblər ki, bu ilin əvvəlindən Eyfel qülləsinin fotosu "Instagram"da 10,7 min dəfədən çox paylaşılıb.

Bununla da Parisin ən görməli obyekti Floridadakı "Disney World" əyləncə kompleksini (9,9 min) və Dubaydakı Bürc Xəlifə göydələnini (8,86 min) qabaqlaya bilib.

Rüstəm