Yapon mühəndisləri formasını dəyişməyi bacaran sürünən robot düzəldiblər. Bu robot “Fukusima-1” atom elektrik stansiyasının zəlzələ nəticəsində zərər dəymiş nüvə reaktorlarını araşdırmaq üçün nəzərdə tutulub.

Teleqraf.com-un məlumatına görə, “Hitachi-Hitachi-GE Nuclear Energy” şirkətinin filialı və digər şirkətlər bu robotu reaktorların daxili hissələrini tədqiq etmək məqsədilə hazırlayıblar.

Məsafədən idarə edilən robot mil şəklini almağa və nazik boruların içərisi ilə hərəkət etməyə qadirdir.

Bu, ona reaktorun daxilinə keçərək orda baş verən prosesləri tədqiq etməyə imkan verəcək.