Tanınmış memar Zaha Hadid ADPI şirkətilə birgə yeni Pekin aeroportunda sərnişin terminalının konseptini təqdim edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu terminal Pekin və digər şəhərlər arasında əlaqə üçün yeni mərkəz olacaq. Layihəyə görə bina ildə 45 milyon sərnişinə xidmət göstərə biləcək. Terminal uçuşların cədvəlindən asılı olaraq dəyişən müxtəlif konfiqurasiyalarda çalışacaq.

Bundan əlavə, bu terminal dəmir yolu ilə də bağlı olacaq - bura lokal və milli dəmir yolları çəkiləcək.

Qeyd edək ki, yeni terminalın dəqiq açılış tarixi hələ ki məlum deyil.

Rüstəm