Braziliyanın Monte Aleqre şəhəri yaxınlığındakı Rio Maicuru çayından 6 yaşlı qızın cəsədi çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar zamanı qızın yırtıcı piraniya balıqlarının qurbanı olduğu aydınlaşıb.

Adı açıqlanmayan azyaşlının nənəsinin yanına tətilə gəldiyi bildirilib. Nənə üç nəvəsi ilə qayıqda gəzməyə çıxdığı zaman qəfildən qayıq çevrilib. Nənə və iki nəvəsi xilas olsa da, 6 yaşlı qız piraniyaların hücumuna məruz qalıb.

Azyaşlının cəsədi xilasedicilər tərəfindən çaydan çıxarılıb. Vəhşi balıqlar qızın demək olar ki, aşağı ətrafını tam yeyib.

Samir


6 yaşındaki kız çocuğu piranalar tarafından... cumhuriyet