Hindistanın "Air India" aviaşirkəti qadın sərnişinləri kişilərdən qorumaq qərarına gəlib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd qadınlara qarşı seksual xarakterli hərəkətlərin qarşısını almaqdır.

Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.

Hindistan mediası "Air India"nın bu qərarını dekabrın 21-də Mumbaydan Nyu Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.