Sentyabrın 7-i axşam saat 9 radələrində Balakən və Zaqatala rayonları ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə zəlzələ Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində qeydə alınıb və 4 bal gücündə hiss edilib.

Hələlik dağıntılar və tələfat haqqında məlumat yoxdur. Amma bəzi sakinlər evlərdə və inzibati binalarda çatlar olduğunu deyiblər.