Kolumbiyada 45 yaşlı bağban Cem İvan Martinez Betankurtun etirafları ölkədə rezonans doğurub.

Teleqraf.com xəbər verir ki, yanvar ayından bəri izlənilən bağban bü günə qədər 20 nəfəri qətlə yetirdiyini bildirib.

Prokurorluq yanvar ayında itkin düşən 51 yaşlı Maria Gladis Aranqonun sonuncu dəfə bağda gəzişdiyini biləndən sonra bağbanın fəaliyyəti izlənilib. Özünü olduqca şübhəli aparan Cem İvan Martinez həbs ediləndən sonra dəhşətli etirafda bulunub. Məlum olub ki, o, daha öncə itkin düşən qadının ərini və uşaqlarını da öldürübmüş. O, ümumilikdə bu günə qədər 20 nəfəri qətlə yetirdiyini bildirib.

Prokurorluq faktla bağlı araşdırmaları davam etdirir.

Ayxan