BAKI, 9 iyun. TELEQRAF

Azərbaycan Pakistandan 40 ədəd dördüncü nəsil “JF-17 Thunder” qırıcısı alacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Bildirilib ki, Bakı əvvəlki sifarişini genişləndirərək “JF-17” təyyarələrinin sayını 16-dan 40-a çatdırıb. Sözügedən alqı-satqı 4,6 milyard ABŞ dolları dəyərində olan müdafiə sazişinin bir hissəsidir.

Qeyd edək ki, “JF-17 Thunder” təyyarələri Pakistan və Çin tərəfindən birgə istehsal olunur və son illərdə müxtəlif ölkələr tərəfindən maraqla qarşılanır.