BAKI, 16 noyabr. TELEQRAF
Əməkdar artist Yadigar Muradov Milli Onkologiya Mərkəzindən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına köçürülüb.
Bu haqda Teleqraf-a Əməkdar artistin oğlu Yaşar Muradov məlumat verib.
“Atamın vəziyyəti yaxşı deyil. Boğazında olan şişlər böyüdüyü üçün beyinə gedən damarları sıxıb. Bu səbəbdən beyinə laxtalanmış qan gedib. Hər iki beyin yarımkürəsində qismən iflic yaranıb. Buna baxmayaraq, çağıranda gözlərini açır", - Y.Muradov əlavə edib.
Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə, oradan isə Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.