BAKI, 22 sentyabr. TELEQRAF
Şair Əlisəmid Kürün (Cəfərli) müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin vəziyyəti ağır stabildir.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Daha sonra o, özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunub.