BAKI, 19 sentyabr. TELEQRAF
Şair Əlisəmid Kür (Cəfərli) 18.09.2025-ci il tarixində saat 19:30 radələrində özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
11:25
"Atamın səhhəti stabildir, hər hansı dəyişiklik yoxdur. Ötən gün axşam saatlarında Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik Xəstəxanasına köçürülüb".
Bu sözləri Teleqraf-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva atasının son durumundan danışarkən deyib.
Aynur Mehdiyevanın sözlərinə görə, atasının müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir.
Köçürülmə səbəbinə gəldikdə Aynurə Mehdiyeva deyib: "Respublika Klinik Xəstəxana dövlətindir, ona görə bu qərarı verməli olduq".
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.