BAKI, 19 avqust. TELEQRAF

Tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Bu barədə Teleqraf-a o, özü məlumat verib.

"Avqustun 17-də Rusiyaya gedirdim. Məni Rusiya ərazisinə buraxmadılar. Sənədlərim qaydasında idi. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyim səbəb göstərildi", - prodüser deyib.

O vurğulayıb ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Emin Əfəndi Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toy mərasiminə gedirmiş. O, Xalq artisti Miri Yusifin prodüseridir.