BAKI, 12 iyun. TELEQRAF

Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib.

Xalq artisti Teleqraf-a açıqlamasında yayılan görüntülərdə repin peşəkar ifa olmadığını bildirib.

“Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,- deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Alim Qasımov toy mərasimlərinin birində səhnəyə çıxaraq "Bayaq burada ritm tuturdunuz...",- deyərək rep deyib. Həmin görüntülər isə sosial şəbəkələrdə tənqid edilib.