BAKI, 23 may. TELEQRAF
"Kann Film Festivalı çox gözəl keçdi. Xalq artist Röya Ayxanla birgə ölkəmizi təmsil etdik".
Bunu Teleqraf-a açıqlamasında tanınmış stilist Anar Ağakişiyev deyib.
Stilistin sözlərinə görə, Xalq artisti dünən Kann Film Festivalında çox məşhur biriylə görüşməli idi, amma səhhətindəki problemə görə görüş alınmayıb: "Röya Ayxan bu məsələlərdə çox həssasdır. Havasını dəyişəndə özünü narahat hiss edir. Kann Film Festivalında Röyanı müşayiət etdim və o, ölkəmizi çox yüksək səviyyədə təmsil etdi.
Bəzi dırnaqarası blogerlər Kann Film Festivalına gəlirlər, qıraqda dayanırlar və sair. Amma Röya xanımda ab-hava başqa idi. Onun avtomobildən düşməsi, mühafizəçilərin müşayiəti, xarici mediaya müsahibələri möhtəşəm idi. Həm də müsahibələrini Azərbaycan dilində verirdi. Mənim üçün də qürurverici anlar oldu. Mən xaraktercə kamera qarşısında utanan, çəkinən insanam. Röya xanım mənə çox gözəl motivasiya verdi və qırmızı xalıda yaxşı dəstək oldu".
Qeyd edək ki, R.Ayxan Kann Film Festivalında Azərbaycan musiqisinin mədəniyyət səfiri qismində iştirak edib və xüsusi mükafata layiq görülüb.


