BAKI, 20 may. TELEQRAF
Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması başa çatıb.
Bunu Teleqraf-a açıqlamasında Rəsul Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Onun sözlərinə görə, ev-muzeyi hazırdır, yaxın on gün ərzində açılış mərasimi olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il iyunun 23-də Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bir müddət öncə Xalq yazıçısı Anar atasının ev-muzeyinin yaradılmasının gecikdirilməsindən şikayət etmişdi.