BAKI, 23 aprel. TELEQRAF

Ötən gün axşam saatlarında Mərdəkan qəsəbəsində yerləşən bağ evimdə iş görərkən yıxıldım və ayağım sındı.

Bunu Teleqraf-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

"Gecə Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər Kliniki Xəstəxanasına getdim. Ayağım rentgen edildi. Həkim dedi ki, ayağınızda sınıq var. Hazırda evdəyəm, Səhiyyə Nazirliyinin tabeliyindəki Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan cavab gözləyirəm. İstəyirəm ki, ayağım orada da dəqiq yoxlanılsın",- deyə Ə. Mirəliyev bildirib.