.jpg)
BAKI, 14 aprel. TELEQRAF
"Gənc yazıçılar qazilərlə, müharibə iştirakçıları ilə görüşməli və baş vermiş hadisələri onların dilindən yazmalıdırlar".
Teleqraf xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının “Milli dəyərlərimizdən gələcəyə baxış” adlı birgə layihəsi çərçivəsində baş tutan görüşdə deyib.
"Biz tarix haqqında əsərlər yazıb sənədləşdirməliyik. Buna görə də müharibə iştirakçıları ilə görüşüb onları ətraflı danışdırmaq və dediklərini yazmaq lazımdır. Ermənilər yalan da olsa, gerçək də olsa hər şeyi sənədləşdirirlər".
Yazıçı bildirib ki, həyatında valideynlərindən sonra ən böyük kumiri Ulu Öndər Heydər Əliyev olub.
"Heydər Əliyev mənə böyük dəstək olub. O, həm sovet dövründə, həm də müstəqillik dövründə həm məni, həm də ədəbiyyatı müdafiə edib", - Anar vurğulayıb.