BAKI, 16 mart. TELEQRAF

Əməkdar artist Səbinə Babayeva "Vurulmuşam" adlı yeni mahnısını təqdim edib.

Səbinə Babayeva Teleqraf-a açıqlamasında mahnıya klip çəkdirdiyini bildirib.

"Mahnını birinci dəfə eşidəndə çox bəyəndim. Mövzusu hamıya yaxındır, bəllidir, “Vurulmuşam”. Mahnının sözləri və musiqisi Zamiq Əliyevə (Yap10) aiddir. Mahnıya klip çəkdiririk və klip çəkilişlərimiz başlanıb. Dinləyicilərimizə çoxlu sevgi, sevib-sevilməyi arzu edirəm!", - deyə S.Babayeva vurğulayıb.

Qeyd edək ki, Səbinə Babayeva Azərbaycanı 2012-ci ildə Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.