BAKI, 11 fevral. TELEQRAF

"Həyat yoldaşımın səhhəti günü-gündən yaxşılaşır. Bu həftə xəstəxanadan evə buraxılacaq".

Bu sözləri Teleqraf-a açıqlamasında işemik insult keçirərərək Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən müğənni Nazim Pişyarinin (Faytonçu) həyat yoldaşı Arzu Pişyari deyib.

Arzu Pişyarinin sözlərinə görə, ifaçının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb.