Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu günlərdə nümayişə olunan "Ali Baba və 7 Cücələr" filmində oxuduğu Azərbaycan mahnısından danışıb.
Müğənni İradə İbrahimovanın "Neyləyək alınmadı" mahnısından bəhs edən aktyor bildirib ki, təklif həmkarı Zafer Alagözdən gəlib.
Cem Yılmaz Azərbaycanda çox sevildiyini və yaxın vaxtlarda filmin Bakıda nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, Cem Yılmazın Azərbaycanla bağlı fikirləri birmənalı qarşılanmayıb.