BAKI, 25 may. TELEQRAF

Ölkədə şərabçılığın inkişafı və çeşidlərin artırılması məqsədilə kiçik butik tipli şərab istehsalı müəssisələrinin yaradılması rəqəmsal və iqtisadi mexanizmlərlə təşviq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.

Sənəddə qeyd olunub ki, kiçik şərabçılıq təsərrüfatlarının sayının 2025-ci ildəki 5 ədəddən 2030-cu ilə qədər 20-yə çatdırılması hədəflənir. Bu məqsədlə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri tərəfindən xüsusi dəstək və maliyyələşmə mexanizmi formalaşdırılaraq sahibkarların sərəncamına veriləcək, mövcud kiçik müəssisələrin isə modernləşdirilməsi təmin olunacaqdır.