BAKI, 25 may. TELEQRAF

2030-cu ilə qədər fermerlərin güzəştli kreditlərə çıxışının yaxşılaşdırılması, kredit, zəmanət və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin təsdiqlədiyi Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında bildirilir.

İlkin olaraq fermerlərin kredit resurslarına çıxışı ilə bağlı cari vəziyyət qiymətləndiriləcək. Daha sonra fermerlərin güzəştli kreditlərlə təminatının yaxşılaşdırılması üçün mexanizmlər işlək vəziyyətə gətirilərək, yeni mexanizmlər hazırlanacaq.

2027-ci ildən Aqrar Kredit Kooperativlərin (AKK) və onların ittifaqının yaradılması, fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur.