BAKI, 25 may. TELEQRAF

Ölkə üzrə əkin sahələrinin 300 min hektarında müasir suvarma sistemləri tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin təsdiqlədiyi Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında bildirilir.

Əsas icracısı Kənd Təsərrüfatı Nazirliyi, digər icraçıları isə İqtisadiyyay Nazirliyi, ADSEA, digər aidiyyəti orqanlar olan layihə üzrə ilkin olaraq müasir suvarma sistemlərinin tətbiqi üzrə fəaliyyət planının hazırlanması, güzəştli satış və dəstək mexanizmlərinin tətbiqinə başlanılması nəzərdə tutulur.