BAKI, 25 may. TELEQRAF

10 rayon üzrə əkin sahələləri aqrokimyəvi göstəricilərə uyğun xəritələnəcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin təsdiqlədiyi Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında bildirilir.

Qeyd edilir ki, layihənin əsas icraçısı Kənd Təsərrüfatı Nazirliyi, digər icraçısı İqtisadiyyat Nazirliyidir.